• $
  • €
  • ₽
  • ₺
  • £

Bu deputatlar da YAP-dakı sədrlikdən GETDİLƏR

Bu deputatlar da YAP-dakı sədrlikdən GETDİLƏR
10.09.2021 11:33
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında (bu il martın 5-də keçirlmiş VII qurultay) qəbul olunmuş yeni Nizamnaməyə görə, şəhər və rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir. 

Bu dəyişikliyə uyğun olaraq YAP-ın rayon təşkilatlarına sədrlik edən deputatlar həmin vəzifəni təhvil verirlər.

Artıq Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev ötən gün istefaya getdiyini açıqlayıb.

YAP-ın İdarə Heyətinin bu gün saat 15.00-da başlayacaq iclasının gündəliyinə Bakı rayonları üzrə yeni təşkilat sədrlərinin təyin olunması məsələsinə baxılacaq.

YAP-ın Bakı rayonlarındakı yerli təşkilatlarına rəhbərlik edən digər deputatlar da artıq postlarını təhvil veriblər. Bu gün onların yerinə seçiləcək yeni sədrlərin adları elan olunacaq.

Qeyd edək ki, partiyanın Qaradağ rayon təşkilatına deputat Aydın Hüseynov sədrlik edirdi.

Nizami rayon təşkilatında sədrliyi deputat Sədaqət Vəliyeva edirdi.

Nəsimi rayon təşkilatının sədri deputat Məlahət İbrahimqızı idi.

Səbail rayon təşkilatına sabiq deputat Şəmsəddin Hacıyev rəhbərlik edirdi.

Yasamal rayon təşkilatında sədri isə Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov idi.

Bundan başqa, Pirallahıda sədr Hikmət Şikarov;
Binəqədidə Ramiz Göyüşov;
Xəzər rayonunda Ramiz Əhmədov;
Nərimanovda Təmraz Tağıyev;
Sabunçuda Mehriban Abasquliyeva;
Suraxanıda Vüqar Seyidov sədr postunu tuturdu.

Xətai rayonunda sabiq deputat Hüseynbala Mirələmov sədrlikdən uzaqlaşdırılandan sonra həmin post boşalıb. (modern.az)


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol