• $
  • €
  • ₽
  • ₺
  • £

44 günlük Müharibə qəhrəmanları mükafatlandırıldı - FOTOLAR

44 günlük Müharibə qəhrəmanları mükafatlandırıldı - FOTOLAR
09.10.2021 14:22
"Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi təşkilatçılığı, Yeni Azərbaycan Partiyasının  Sabunçu Rayon Təşkilatının ictimai təşəbbüsü əsasında 44 günlük vətən müharibəsinin 1 illiyi münasibətilə Vətən müharibəsi dövründə xüsusi xidmətləri olmuş Qazilərin  mükafatlandırma mərasimi keçirilib.

Anews.az xəbər verir ki, mükafatlandırma mərasimində Qazilər, YAP Sabunçu Rayon Təşkilatının rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvüləri, tanınmış ictimaiət  nümayəndələri,  iştirak edərək çıxış edib.

YAP Sabunçu Rayon Təşkilatının sədri Misirxan Vəliyev,Millət vəkili Əliabbas Salahzadə, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr əvəzi Qalib Əliyev,sədr müavini Məcid Məmmədov, Vətən müharibəsi qəhrəmanı Bəxtiyar Mustafayev, Qazilər çıxış edərək 44 günlük Vətən müharibəsində uğurlu tarixi qələbə Zəfərinin qazanılmasında Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğu və rəhbərliyi altında Müzəffər ordumuzun torpaqlarımızı işğalçı erməni qəsbkarlarından azad edilməsində göstərdikləri fədakarlıqdan danışıb.Bildirdilər ki, Şəhid ailələrinə və Qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı yönümündə birgə ictimai-siyasi fəaliyyət olduqca vacibdir.

Qazilərin mükafatlandırma mərasimi ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal jurnalistlərə açıqlamasında qeyd etdi ki, Yeni Azərbaycan Partiyası ilə birgə bu cür milli vətənpərvər təşəbbüslərlə çıxış etməkdə əsas məqsəd Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Şəhid ailələri, Qazilər və müharibə iştirakçılarının sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi ictimai siyasi kursu əsas götürərək Dövlət QHT münasibətlərin daha da inkişaf etdirilməsi fonunda vətəndaş cəmiyyəti tərəfindən bu cür ictimai dəstəyin davamlılığını təmin etməkdir.

Birlik rəsmisi onu da qeyd etdi ki, Vətən müharibəsi Əlillərinə Kömək İctimai Birliyi gələcəkdə də Yeni Azərbaycan Partiyası ilə milli, vətənpərvər ruhda birgə təşəbbüs və layihələrdə iştirak edərək ölkəmizin həssas təbəqəsinə qulluq və xidmət etmək üçün bütün imkanlarını səfərbər edəcək.

40 dan çox Qaziyə mükəfat və hədiyyələr təqdim edildi.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol