• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda aparılan monitorinqin ilkin nəticələri təqdim olunub

Qarabağda aparılan monitorinqin ilkin nəticələri təqdim olunub
16.10.2021 13:44
Otuz il ərzində Azərbaycan ekologiya ilə bağlı üzv olduğu komissiyanın üzvlərinə Qarabağdakı ekoloji vəziyyətlə bağlı müraciət edilsə də, heç bir nəticə əldə edilməyib.
 
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

O xatırladıb ki, işğal dövründə Azərbaycanın 100 min ha ərazisi yanğına məruz qalıb:
 
"Yanğın nəticəsində orada olan bitki, fauna və flora tamamilə məhv olub. Həmin ərazilərdə təbiətin yenidən bərpa olunması üçün uzun illər lazım olacaq. Torpaqlarımız işğaldan azad olunduğu üçün oradakı ekosidin nəticələrini görə bilirik. Orada monitorinqin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub. Bununla bağlı cinayət işi açılacaq. Ermənistan törətdiyi vəhşiliklərə görə beynəlxalq hüquqi müstəvidə cavab verməli olacaq”, - deyə əlavə edib. 

Nazir müavini qeyd edib ki, işğaldan azad olunan ərazilərdə çoxlu işlər görülməlidir, amma ermənilərin basdırdıqları minalar buna imkan vermir, ərazi çox təhlükəlidir:
 
"Böyük qayıdışın tərkib hissələrindən biri də oradakı ekoloji mühitin bərpa edilməsidir. Əsas hədəflərdən biri ekologiyanın sağlamlaşdırılması istiqamətində işlərin görülməsidir”.

F.Əliyev həmçinin əlavə edib ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Azərbaycana böyük dəstəyi ilə Cəbrayıla dostluq meşəsinin və tinglik təsərrüfatının salınması nəzərdə tutulur:
 
"Eyni zamanda regionda analoqu olmayan böyük təlim-tərbiyə müəssisəsinin yaradılması nəzərdə tutulub. Burada meşə mütəxəssisləri hazırlanacaq, eyni zamanda ixtisas artımı və digər kompleks tədbirlər həyata keçiriləcək. Ümumilikdə Cəbrayılda və digər yerlərdə işlərə başlamışıq. Yaz əkin mövsümünə Zəngilandan başlamışıq. Payız əkin mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol