• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 1700-dək erməni hərbçinin cəsədini təhvil verib

Azərbaycan 1700-dək erməni hərbçinin cəsədini təhvil verib
05.11.2021 12:10
Azərbaycan 1700-dək erməni hərbçinin cəsədini təhvil verib. Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min Azərbaycanlıdan isə xəbər yoxdur.

Bunu bu gün ADA Universitetində təşkil olunan "44 Günlük Zəfər Yolu” mövzusunda konfransında Xarici işlər naziri Ceyhun Bayramov bildirib.


XİN rəhbəri deyib ki, Azərbaycan humanitar məqsədlə yolları açdı: 

"Azərbaycan indiyə qədər humanitar hüquqa uyğun olaraq 1700-dək erməni hərbçinin cəsədini təhvil verib. Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min insanımızın taleyindən isə hələ də heç bir xəbər yoxdur. Lakin biz fərqli davrandıq. Azərbaycan qış aylarında öz ərazisindən Ermənistana qaz nəqlinə icazə verdi, qalib, böyük dövlət kimi davrandı”,- deyə nazir, bildirib. 

Xarici işlər naziri nəzərə çatdırıb ki, hazırda məqsəd işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin qaytarılmasıdır:

 "Bu ərazilərə səfər edən insanları iki məqam təəccübləndirir. Birinci, ərazilərdə törədilən dağıntının miqyasıdır. İkincisi isə qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanının tikilərək istifadəyə verilməsi, Zəngilan və Laçında hava limanının tikintisinə başlanması, yolların çəkilməsi, şəhərlərin Baş planının təsdiqlənməsidir. Biz qısa müddət sonra ilk sakinlərin torpaqlarına qayıtmasına nail olacağıdır. Bu, həyatlarından keçən şəhidlərimizin, uzun illər köçkün həyatı yaşayan vətəndaşlarımızın qarşısında mənəvi borcumuzdur. Bunun qarşısında mina xəritələrini gizləmək, Azərbaycana verməmək çox cılız, insanlıqdan uzaq yanaşmadır. Necə 8 ayda ərazini 1200 minadan təmizləyərək Füzuli Beynəlxalq Hava Limanını tikmişik, eləcə də quruculuq işlərimizi davam etdirəcəyik”, - deyə nazir əlavə edib. 

C. Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Qlobal Forumunda da Ermənistanla münasibətləri normallaşdırmaqda maraqlı olduğunu bir daha bəyan etdiyini xatırladıb:

 "Ermənistana qonşuların suverenliyinə, sərhədlərinə hörmətlə yanaşmaq, özünü nəqliyyat dalanından çıxarmaq, inkişaf edən bölgənin bir parçasına çevrilməyi təklif edirik. Bunun cavabını Ermənistanın siyasi rəhbərliyi verəcək”, - deyə o, söyləyib.








www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol