• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə görüşüb

Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə görüşüb
15.11.2021 16:25
Noyabrın 15-də Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO-nun mənzil-qərargahında NATO Baş katibinin müavini Mirça Ceoana ilə görüşüb.
 
XİN-dən Anews.az-a verilən məlumata görə, görüşdə NATO-Azərbaycan tərəfdaşlığının aktual məsələləri, gələcək inkişaf perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
C.Bayramov Azərbaycan-NATO tərəfdaşlığının bir sıra istiqamətləri üzrə əldə edilmiş nəticələrdən məmnunluq ifadə edib. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına dəstəyi kontekstində NATO əməliyyatlarına töhfələri məsələsinə toxunub. Nazir Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyimiz ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə NATO rəsmisinə məlumat verib. Torpaqlarımızın işğalı amilinin aradan qaldırılması xüsusunda Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğu vurğulanıb.
 
NATO tərəfi Azərbaycanın müdafiə islahatları və NATO missiyalarına töhfələrini yüksək qiymətləndirib. Baş katibin müavini Azərbaycana Alyans ilə tərəfdaşlığa, xüsusilə də Əfqanıstanda həyata keçirilən əməliyyatda iştirakına görə təşəkkürünü bildirib.
 
Tərəflər Sülh Naminə Tərəfdaşlıq Proqramının məqsəd və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və praktiki əməkdaşlığın davam etməsinə dair hazırlıqlarını ifadə ediblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol