• $
  • €
  • ₽
  • ₺
  • £

Saxlanılan erməni hərbçilərin sayı açıqlandı

Saxlanılan erməni hərbçilərin sayı açıqlandı
16.11.2021 15:24
Ermənistanın atəşkəsi pozması ilə başlayan döyüşlərdə Azərbaycan Ordusu tərəfindən 6 erməni hərbçi saxlanılıb.
 
Məlumatı Ermənistanın "Hraparak” nəşri  təsdiqləyib.
 
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

Müdafiə Nazirliyi daha sonra açıqlama yayaraq sərhəddə vəziyyətin gərgin olaraq qaldığını, hazırda döyüş əməliyyatlarının davam etdiyini bildirib.
 
Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.

Erməni mediası da hadisə ilə bağlı məlumatlar yayır. "Haykakan jamanak” nəşri bildirir ki, Zəngəzurda Çiçernakar dağında Ermənistan və Azərbaycan qoşunları arasında atışma gedir.

Nəşrin məlumatına görə, atışma Ermənistan ərazisində yerləşən iki mövqe üzərində nəzarət uğrunda aparılır. 

Mənbənin sözlərinə görə, atışma Azərbaycanın erməni birləşmələrinin yüksəklikdə yerləşən mövqelərini tərk etmələrini tələb etməsindən sonra başlayıb. Ermənistan tərəfi isə buna etiraz edib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol