Şəhid olan Azərbaycan hərbçiləri kimlərdir?-FOTO+VİDEO

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu yeddi şəhid verib.
Sosial şəbəkələrdə şəhidlərimizin fotoları yayılmağa başlayıb.
Onlardan biri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğludur. N.Əliyev əslən Gəncədəndir, hərbçimizin azyaşlı qızı var.

Digər şəhidimiz leytenant Niftəliyev Ümüd Oruc oğu Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir.


Daha bir qəhrəmanımız şəhid Elçin Əliyev Şirvan şəhər Bayramlı qəsəbəsindən olub.

Daha bir şəhidimiz Elmin Əlizadə əslən Mingəçevir şəhərindən olub.

Daha 3 şəhidimiz gizir Orxan Cabbarov, əsgər Elçin Ağayev, əsgər Elmin Əlizadə, əsgər Murad Xəlilovdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb




















