• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ Şurasının Prezidenti Azərbaycan və Ermənistanı dialoqa çağırıb

Aİ Şurasının Prezidenti Azərbaycan və Ermənistanı dialoqa çağırıb
30.11.2021 14:11
"Şərq Tərəfdaşlığı" regionunda həlli uzanan münaqişələr əsas problemlərdən biridir, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu”nun illik assambleyasına video-müraciətində deyib.

O bildirib ki, Aİ münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli üçün səylərin daha da gücləndirilməsini dəstəkləyir. 
 
"Avropa İttifaqı münaqişələrin qarşısını almaq və mövcud münaqişələrin həllinin tapılmasına kömək prosesində öz rolunu oynamağa həmişə hazırdır. Bura etimadın yaradılması, dayanıqlı və hərtərəfli həll yolunun tapılmasına töhfə vermək və postmünaqişə reabilitasiyası istiqamətində addımların atılmasına dəstək vermək daxildir”, - deyə o deyib. 

Mişel Azərbaycan və Ermənistanı dialoqa çağırıb.
 
"Azərbaycan və Ermənistan arasında münasibətlər vəziyyətin nə dərəcədə kövrək olduğunu göstərir. Mən inanıram ki, yalnız siyasi dialoq dayanıqlı həll yoluna apara bilər”, - deyə əlavə edib. 

O vurğulayıb ki, bu istiqamətdə Ermənistan və Azərbaycandakı vətəndaş cəmiyyətlərinin də üzərinə iş düşür.
 
"Onlar bir araya gələrək cəmiyyətlər arasında körpü qurulması və barışıq səylərinə kömək edə bilərlər”, - deyə o bildirib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol