• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi qəzada ölən polkovnikin qohumu danışdı- FOTO- ÖZƏL

Hərbi qəzada ölən polkovnikin qohumu danışdı- FOTO-  ÖZƏL
30.11.2021 15:48
Bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşlarını yerinə yetirərəkən qəzaya uğraması nəticəsində həlak olanlardan biri Füzuli Cavadovdur. 
 
Anesws.az-a bu barədə onun yaxınları məlumat verib. 
 
"Bu barədə sosial şəbəkələrdə məlumat gördük. Dövlət Sərhəd Xidmətinin nümayəndəsi evlərində olub. Ailə üzvlərindən biri morqa aparılıb ki, Füzuli Cavadovun nəşi təhvil verilsin. Füzuli Cavadov evli olub və 2 övladı var idi. Xəzər rayonu Zirə qəsəbəsində yaşayırdı. Hazırkı rütbəsi  polkovnik idi", deyə yaxın qohumları qeyd edib.
 
Hərbi jurnalist Səxavət Məmmədov şəhid olan Füzuli Cavadov haqqında paylaşım edərək onun çox təcrübəli pilot olduğunu yazıb.
 
"İllər öncə Səfər Əbiyev onun idarə etdiyi helikopterdə olarkən təxminən 5 km hündürlükdə motorlardan biri dayanıb. Hava boşluğuna düşüb. Bir motorla heç bir qəza törətmədən helikopteri və içərisindəki nazir və digər yüksək rütbəli zabitləri sağ-salamat aşağı endirə bilib", deyə paylaşıbda bildirib.
 
Bu gün Baş Prokrorluq və Dövlət Sərhəd Xidmətinin məlumatında hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlər və yaralıların olduğu bildirilib. Hadisə araşdırıldığı üçün ölən və yararıların rəsmi sayı və siyahısı hələ təqdim olunmayıb. Bəzi KİV-lərdə ölənlərin sayı 14 olduğu qeyd olunur. 


 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol