• $
  • €
  • ₽
  • ₺
  • £

Gorus-Qafan gömrük postundan milyonlarla vəsait toplanıb - AÇIQLAMA

Gorus-Qafan gömrük postundan milyonlarla vəsait toplanıb - AÇIQLAMA
07.12.2021 15:55
Gorus-Qafan yolunda qurulan Qubadlı gömrük postu vasitəsilə milyonlarla vəsait toplanılaraq büdcəyə köçürülüb, bunu Baku TV-yə müsahibəsində Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov deyib.

"Gorus-Qafan yolunda, Azərbaycan Respublikasının işğaldan azad edilmiş Qubadlı rayonunun Eyvazlı kəndinin magistral yola yaxın hissəsində gömrük postunun yaradılması haqqında Dövlət Gömrük Komitəsi sədrinin 10 sentyabr tarixli müvafiq sərəncamı oldu. Sərəncamın icrasından irəli gələrək sərhəd keçid məntəqəsinin fəaliyyətə başlanması üçün bütün lazımı maddi-texniki ehtiyatların qarşılanması üçün addımlar atıldı. Post 12 sentyabr 2021-ci il tarixindən ölkə ərazisində gömrük xidmətinin digər postlarından heç bir fərqi olmadan, hər bir gömrük keçid məntəqəsi kimi fəaliyyətini davam etdirir. Burada növbəli iş rejimi qurulub. "Dövlət rüsumu haqqında” qanuna müvafiq olaraq gömrük postundan keçən nəqliyyat vasitələri gömrük rüsumu və yol vergilərinə cəlb olunur”, - deyə o bildirib. 

Onun sözlərinə görə, buradan toplanılan vəsaitin dövlət büdcəsinə ötürülməsi DGK tərəfindən həyata keçirilir.

"Burada POS-terminallar, bank terminalları quraşdırılıb. Postun tam fəaliyyəti təmin olunub.  Artıq milyonlarla vəsait tərəfimizdən toplanılaraq dövlət büdcəsinə köçürülüb”, - deyə o, əlavə edib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol