• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və İran XİN rəhbərləri telefonla danışdı

Azərbaycan və İran XİN rəhbərləri telefonla danışdı
28.01.2022 17:36
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub.

Nazirlər, iki ölkə arasındakı münasibətlərin müxtəlif aspektlərinin inkişafından məmnunluq ifadə ediblər.

Son həftə ərzində İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin Azərbaycana səfərinin nəticələri və əldə olunmuş razılıqlar, habelə Azərbaycan müdafiə naziri Zakir Həsənovun İrana səfəri və bu çərçivədə keçirilmiş görüşlər iki ölkə arasındakı əlaqələrin inkişafının bariz göstəricisi kimi vurğulanıb.

Tərəflər, o cümlədən birgə layihələrin həyata keçirilməsini, Astaraçay üzərində təməli qoyulmuş yeni körpünün, eləcə də İran Astarasında dəmir yolu yük terminalının tikintisinin 2022-ci ildə tamamlanmasının hədəflənməsinin ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcəyini qeyd ediblər.

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının bu ilin mart ayında Bakıda keçirilməsinin planlaşdırıldığı məmnunluqla bildirilib.

Nazirlər, Azərbaycanın azad olunmuş torpaqlarında İran şirkətlərinin yaxın zamanlarda konkret layihələrlə işə başlayacağını vurğulayıb və bununla əlaqədar fikir mübadiləsi aparıblar.


Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol