• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov Hulusi Akarla görüşdü - VİDEO - YENİLƏNİB

Zakir Həsənov Hulusi Akarla görüşdü - VİDEO - YENİLƏNİB
01.02.2022 18:08
Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdən əvvəl təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib.

General-polkovnik Z.Həsənov şərəf kitabını imzalayıb.

Daha sonra nümayəndə heyətlərinin də iştirakı ilə görüş olub.

İşgüzar görüşlərdə regional təhlükəsizlik, eləcə də Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Türkiyəli nazir qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib. H.Akar qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.


General-polkovnik Z.Həsənov da öz növbəsində Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyə görə minnətdarlığını ifadə edib. Azərbaycanın Müdafiə naziri iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi  hərbi əməkdaşlığa da müstəsna  təsirini  xüsusi vurğulayıb.

Birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyətinə toxunan tərəflər bu cür tədbirlərin mütəmadi keçirilməsinin  vacibliyini qeyd ediblər.

Görüşlərdə vurğulanıb ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə hərbi əməkdaşlığı daha da genişləndirir.

Bu, regiondakı sabitliyi təmin edən əsas amillərdəndir.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
 
 

--------------
 
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüş keçirib, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İki nazir əvvəlcə təkbətək görüşüb, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar davam etdirilib.

Görüş zamanı ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib, müdafiə sənayesi sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol