• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Sultanovun Türkiyədə mülkləri üzə çıxdı - Siyahı

Zakir Sultanovun Türkiyədə mülkləri üzə çıxdı - Siyahı
03.02.2022 23:14
Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov 2016-cı ildən Türkiyə vətəndaşlığını alıb.

APA xəbər verir ki, Zakir Sultanov barəsindəki cinayət işində onun Türkiyədə bir çox mülkləri olduğu ortaya çıxıb.

Həmin əmlaklar 2010-2011-ci illərdə alınıb.
Onun İstanbul şəhəri, Şişli rayonu, Teşvikiye küçəsində yerləşən mağazası var, həmin mağaza hazırda icarədədir.

İstanbul şəhəri, Beşiktaş rayonu, Ortaköy küçəsində yerləşən mənzili isə artıq sökülüb. Eyni zamanda, İstanbul şəhəri, Şişli rayonu, Şişli küçəsində yerləşən mağazası da var, hazırda həyat yoldaşının yaxın qohumu tərəfindən şirniyyat evi kimi işlədilir.

Bundan başqa, İstanbul şəhəri, Bakırköy rayonu, Osmaniye küçəsində yerləşən mağazası da olub, həmin mağaza isə təxminən iki il bundan qabaq onun tərəfindən satılıb.

Qeyd edilənlərlə yanaşı, İstanbul şəhəri, Şişli rayonu, Teşvikiye küçəsində mənzili, İzmir şəhəri, Çeşme rayonu, Alaçatı küçəsində bağ evi var.
İstanbul şəhəri, Şişli rayonu, Teşvikiye küçəsində yerləşən mağazadan başqa qalan əmlaklar anası tərəfindən alınaraq ona bağışlanılıb.
Z.Sultanov 2016-cı ildə Türkiyədə "Akbank”dan 7 600 000 türk lirəsi kredit götürüb və hazırda həmin kredit ödənilməmiş qalır.

Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Zakir Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Zakir Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol