• $
  • €
  • ₽
  • ₺
  • £

Mediada çalışan texniki işçilər də güzəştli ipotekadan yararlana biləcək? - RƏSMİ

Mediada çalışan texniki işçilər də güzəştli ipotekadan yararlana biləcək? - RƏSMİ
11.02.2022 22:32
Media sahəsində çalışan texniki işçi heyəti hələ ki güzəştli ipotekadan istifadə edən şəxslərin siyahısına daxil edilməyib.
 
Bunu Medianin İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Trend-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycanda güzəştli ipoteka kreditlərinin verilməsi mexanizmi və prosedurları mövcuddur.

 
"Digər sahələrdə çalışan vətəndaşlarımza olan tələblər eynilə jurnalistlərimizə də tətbiq olunmağa başlayıb. Yəni biz yeni bir mexanizm yaratmamışıq. Cənab Prezident İlham Əliyevin fərmanı ilə jurnalistlərimizin o siyahıya daxil edilməsi dövlət başçısının jurnalistlərə olan diqqəti idi ki, digər sahələrdə olan mütəxəssislərlə eyni imtiyazlardan istifadə etsinlər.
 
Texniki işçi heyəti ilə bağlı yanaşma digər sahələrdə də mövcuddur. Gələcəkdə biz bununla bağlı təhlillər aparacağıq və əgər məqsədəmüvafiq olarsa, bununla bağlı işlərin də görülməsi mümkündür. İndiki qanunda isə jurnalist anlayışı verilib, çərçivə müəyyən edilib ki, kimlər jurnalist hesab olunur. Yeni qanun imkan verdi ki, jurnalistlərimiz güzəştli ipoteka alan insanların siyahısına düşsünlər və Prezident tərəfindən də məhz jurnalistlərimiz güzəştli ipotekadan istifadə edən insanların siyahısına daxil edildilər”, - deyə MEDİA rəhbəri vurğulayıb.
 
Prezident İlham Əliyev tərəfindən imzalanan 8 fevral tarixli Fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Bundan əlavə, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də bu imkandan yararlana biləcəklər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol