• $
  • €
  • ₽
  • ₺
  • £

Özbəkistan Prezidenti Azərbaycan guşəsini ziyarət edib

Özbəkistan Prezidenti Azərbaycan guşəsini ziyarət edib
24.03.2022 21:30
Özbəkistan Prezidenti paytaxt Daşkənddə keçirilən təntənəli Novruz şənliyində Azərbaycan guşəsini ziyarət edib.


Bu barədə  Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.


Bildirilib ki, Daşkənddəki "Humo Arena” idman kompleksinin ərazisində baş tutan sərgidə Özbəkistandakı milli mədəniyyət mərkəzləri, o cümlədən Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi iştirak edib.


Üçrəngli bayrağımızın dalğalandırıldığı Azərbaycan guşəsində ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə özbək dilində çap olunan nəşrlər, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafını əks etdirən kitablar, suvenirlər, Novruzun rəmzləri olan şəkərbura, paxlava, qoğal və digər təamlar nümayiş etdirilib.


Sərgi ilə tanış olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan guşəsində RAMMM-nin sədri Firdovsi Hüseynov qarşılayıb. Prezident sərgidə təqdim edilən kitablar və suvenirlərlə maraqlanıb, guşəni yüksək qiymətləndirdiyini söyləyib.


Qeyd edək ki, F.Hüseynov və İlham Abdullayev diaspor qarşısındakı xidmətlərinə görə ötən il Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanı ilə "Dostluq” ordeni ilə təltif olunublar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol