• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı İrəvandan Azərbaycanın ərazi bütövlüyünün tanımasını gözləyir - Hacıyev

Bakı İrəvandan Azərbaycanın ərazi bütövlüyünün tanımasını gözləyir - Hacıyev
28.04.2022 14:31
Bakı Cənubi Qafqaz üçün inteqrasiya modeli təklif edir. Bunu Azərbaycan Prezidentin köməkçisi və Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Azərbaycan Cənubi Qafqazın inteqrasiya modelini təklif edib. Hazırda region çox dağınıqdır, ona görə də biz insanlar arasında daha çox əlaqələr və təmaslar yaratmalıyıq”, - Hacıyev cümə axşamı Şuşada (Azərbaycanın Qarabağ bölgəsi) "Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” konfransında bildirib.

Onun sözlərinə görə, Bakı İrəvandan Azərbaycanın ərazi bütövlüyünün tanınmasını gözləyir və Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır.
 
"Azərbaycanın Ermənistana əsas mesajı ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır. Ermənistan buna hazırdırmı? Biz hazırıq”, - deyə prezidentin köməkçisi bildirib.

O, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin həllinin vacibliyini də qeyd edib. 
 
"Biz artıq bu prosesin yaxın vaxtlarda başlayacağı ilə bağlı müəyyən siqnallar alırıq”,  - o deyib.

Hacıyev əlavə edib ki, Bakı erməni əsilli Qarabağ sakinlərini öz vətəndaşı hesab edir.
 
"Biz Xankəndi sakinlərini Azərbaycan vətəndaşları hesab edirik. Azərbaycanda bütün dinlərə hörmət edilir, bütün dini məbədlər qorunub saxlanılır, halbuki Ermənistanın işğalı illərində yüzlərlə məscid dağıdılıb və ya başqa məqsədlər üçün istifadə edilib”, - o bildirib.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol