• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Azərbaycandan qaz alan ölkələrin adlarını AÇIQLADI

İlham Əliyev Azərbaycandan qaz alan ölkələrin adlarını AÇIQLADI
29.04.2022 13:18
"Təbii qaz məsələsinə gəldikdə, biz müqavilə ilə üzərimizə düşən öhdəliklərimizi 100 faiz icra edirik. Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Bolqarıstana, Yunanıstana və İtaliyaya ixrac olunmaqdadır. Beləliklə, Türkiyə ilə yanaşı, İtaliya da bizim qaz idxalçımızdır".
 
Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.
 
Dövlət başçısı qeyd edib ki, ötən il Azərbaycandan İtaliyaya 9 milyard kubmetrdən çox qaz ixrac olunub.
 
"Təbii ki, biz qazla bağlı hasilatımızı mövcud müqavilələr çərçivəsində planlaşdırırıq və həmin müqavilələrin müəyyən konkret həcmi var, ondan çox hasil etmirik. Amma tələb olarsa, ehtiyac yaranarsa, biz, ilk növbədə, mənbələrə baxmalıyıq. Çünki bizim hasilat potensialımız yerli istehlaka və ixraca hesablanıb.
 
Qaz təchizatının artırılması ilə bağlı artıq bir sıra müraciətlər daxil olub. Təkcə İtaliya deyil, başqa Avropa ölkələrindən bizə müraciətlər daxil olub”, - deyə Prezident İlham Əliyev bildirib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol