• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank qalib tələbələri mükafatlandırdı

Kapital Bank qalib tələbələri mükafatlandırdı
03.08.2022 10:16
Təhsilin və gənclərin karyera inkişafına böyük önəm verən Kapital Bank 2022-ci ilin aprel ayında ali məktəb tələbələri üçün yeni layihə təqdim edib. Layihənin ilkin mərhələsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və ADA-nın tələbələri iştirak edirdilər.


Şərtlərinə görə tələbələr tək və ya komanda şəklində maraqlı ideyalarını təqdim edib, qalib olmaq uğrunda mübarizə aparırdılar. Layihə çərçivəsində 100-dən artıq ideya təqdim edilib ki, bunlardan 6 komanda – ümumilikdə 9 tələbə final mərhələsinə vəsiqə qazanıb.


21 iyul 2022-ci il tarixində layihə yekunlaşaraq qaliblər müəyyən edilib. 1-ci yerə "Kapital Citizen” layihəsi ilə ADA-nın tələbəsi Anar Bayramov, 2-ci yerə "BirVaxt” layihəsi ilə UNEC-in tələbəsi  Nicat Həsənli, 3-cü yerə isə  "BirBNA” layihəsi ilə UNEC-in tələbələri Aydan Əzizli və Lalə Məmmədova layiq görülüb. Qaliblərə müvafiq olaraq 1500 AZN, 900 AZN və 600 AZN məbləğində mükafatlar və sertifikatlar təqdim edilib. Həmçinin finala çıxan hər bir iştirakçı Kapital Bank-ın təcrübə proqramında iştirak etmək hüququ qazanıb.  


Qeyd edək ki, Kapital Bank həm ADA, həm də UNEC ilə bir neçə il əvvəl əməkdaşlıq memorandumu imzalayıb. Bu sənədə görə il ərzində hər iki ali məktəbdə "Karyera günləri”, müxtəlif konfranslar, təcrübə proqramı və başqa tədbirlər təşkil olunur. Bundan başqa gənclərin ideyalarını qiymətləndirmək üçün bu il PAŞA Holding ilə birgə "PASHA HACKATHON” layihəsi keçirilib. Bu kimi layihələr gənclərin karyera inkişafına müsbət töhfə verir. 


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 107 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol