• $
  • €
  • ₽
  • ₺
  • £

Hüquq müdafiəçiləri və jurnalistlər İlham Əliyevə MÜRACİƏT ETDİ

Hüquq müdafiəçiləri və jurnalistlər İlham Əliyevə MÜRACİƏT ETDİ
11.09.2022 12:31
Ədalət Naminə Həmrəylik Komitəsinə daxil olan bir qrup hüquq müdafiəçisi və jurnalist Prezident İlham Əliyevə müraciət edərək həbs edilmiş jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun qətimkan tədbirinin dəyişdirilməsinə yardım etmək çağırışı ilə müraciət edib:

Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
 
Hörmətli cənab Prezident,

Bakının Binəqədi Rayon Məhkəməsi Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin təqdimatını təmin edərək sentyabrın 11-də jurnalist Əvəz Zeynallı barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Vəkil Elçin Sadıqov da eyni müddətə həbs edilib.

Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), Sadıqov isə 311 və 32.5 (rüşvət almağa köməklik) maddəsi ilə ittiham olunur.

Müdafiə tərəfi iddia edir ki, prokurorluq xəbərlərə və mediaya əsaslanaraq cinayət təqibi başlayıb və işdə konkret şikayətçi yoxdur.
Sadıqov və Zeynallı ittihamları rədd edir və cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Yuxarıda deyilənlər bizdə bir sıra suallar yaradır və hesab edirik ki, Zeynallı və Sadıqov barəsində seçilmiş həbs-qətimkan tədbiri həddindən artıqdır və qanun qarşısında bərabərlik, ədalət və humanizm prinsiplərinə ziddir.

Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, Zeynallının 311.3.3 maddəsi ilə ittiham olunur. Maddə hakimiyyət nümayəndəsinin  məsuliyyətini nəzərdə tutur. Amma Sadıqov kimi o da hakimiyyət nümayəndəsi deyil. İttihamların irəli sürülməsinə KİV vasitəsilə təşəbbüs edilib və sonradan bu fakt ictimai rəyə və dövlət orqanlarının qərar qəbul etməsinə təzyiq göstərib.

Zeynallı və Sadıqovun tanınmış ictimai xadimlər, öz sahəsinin peşəkarları, hörmətə layiq, müstəqil Azərbaycanın təşəkkülü üçün çoxlu işlər görmüş şəxslər olduğunu nəzərə almamaq da mümkün deyil.
Zeynallı və Sadıqov onları gözdən salmaq, araşdırma aparmaq kampaniyası başlayandan nə cəmiyyətin, nə də istintaqın suallarından yayınmayıblar.
Biz onların həbsini həddindən artıq və əsassız tədbir kimi qiymətləndiririk.

Bununla əlaqədar olaraq, qətimkan tədbirinin dəyişdirilməsinə və baş verənlərin şəffaf və ədalətli araşdırılmasına köməklik göstərməyinizi xahiş edirik.

Ədalət Naminə Həmrəylik Komitəsinin üzvləri:
1.Novella Cəfərova
2.Səidə Qocamanlı
3.Səadət Bənənyarlı
4.Arzu Abdullayeva
5.Mirvari Qəhrəmanlı
6.Hilal Məmmədov
7.Elçin Həsənzadə
8.Sevinc Sadıqova
9.Mehman Əliyev(Turan agentliyi)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol