• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün AMEA-nın yeni prezidentinin seçilməsi məsələsinə baxılacaq

Bu gün AMEA-nın yeni prezidentinin seçilməsi məsələsinə baxılacaq
25.10.2022 11:09
 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən Ümumi yığıncağında təsdiqlənən yeni Nizamnamə layihəsi Azərbaycan Prezidentinə təqdim ediləcək.

Toplantıda AMEA-nın yeni Nizamnamə layihəsini qurumun vitse-prezidenti, Akademiyanın Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli təqdim edib.


Bildirib ki, yeni Nizamnamə Akademiyanın işinin və elmi fəaliyyətin yenidən təşkili ilə əlaqədar məsələləri, elmi-təşkilati proseslərin tənzimlənməsi mexanizmlərini əks etdirir. Akademikin sözlərinə görə, 14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində Akademiyanın strukturu, vəzifələri və hüquqları, Akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin, elmi-xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, Akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib.


Daha sonra açıq səsvermənin nəticələrinə əsasən, AMEA-nın yeni Nizamnamə layihəsi təsdiq edilib. AMEA-nın Rəyasət Heyətinə Ümumi yığıncaqda qəbul edilmiş yeni Nizamnamə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinin təmin edilməsi tapşırılıb.
 
--------- 
AMEA-nın bu gün keçirilən ümumi yığıncağında akademiyaya yeni prezidentin seçilməsi məsələsinə baxılacaq.


Bunu "Report”a açıqlamasında AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov deyib.


O bildirib ki, bugünkü iclasda həm də akademiyanın yeni Nizamnaməsi qəbul olunacaq.
 
"Nizamnamə təsdiq olunması üçün Prezident Administrasiyasına təqdim olunacaq. Gündəlikdə yer alan təşkilati məsələyə gəlincə, bu, iclasın gedişatında məlum olacaq", - Həşimov açıqlamada bildirib. 


Rəyasət Heyətinin binasının aqibətinə toxunan A.Həşimov əlavə edib ki, hazırda bu məsələ gündəmdə deyil.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol