• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan xüsusi təyinatlıları cənub sərhədləri yaxınlığında təlimlər keçirir - VİDEO

Azərbaycan xüsusi təyinatlıları cənub sərhədləri yaxınlığında təlimlər keçirir - VİDEO
02.11.2022 16:39
Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri ölkənin cənub sərhədləri yaxınlığında təlimlərə başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilir, onlara Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Hikmət Mirzəyev rəhbərlik edir.

"Təlim planına uyğun olaraq, hərbi hissələr "Həyəcan” siqnalı ilə qaldırılıb. Xüsusi təyinatlılar daimi dislokasiya məntəqələrini tərk edərək əməliyyat rayonlarına irəlilədikdən sonra komandirlərin məruzələri dinlənilib, tapşırıqlar dəqiqləşdirilib. Təlimlərə cəlb olunan Hərbi Hava Qüvvələrinin birlik və bölmələri, raket və artilleriya qoşunları müvafiq aerodrom və rayonlarda cəmləşib. Digər qoşun növləri ilə mütəşəkkil qarşılıqlı fəaliyyət”, - departament qeyd edir.

Təlimin sonrakı mərhələlərində xüsusi təyinatlı birləşmələr onlara dəstək verən Hərbi Hava Qüvvələri və raket-artilleriya qoşunlarının bölmələri ilə birgə bir sıra tapşırıqları yerinə yetirəcək.

"Təlimlər çərçivəsində xüsusi təyinatlı birləşmələrin ayrı-ayrılıqda müəyyən xüsusi hazırlığı yoxlanılır”, - Müdafiə Nazirliyi əlavə edir.
 
Sosial şəbəkələrin Azərbaycan seqmentində bu təlimlərin keçirilməsinin Oktyabrın 16-da İranın Azərbaycanla sərhəddə keçirilən geni miqyaslı təlimlərinə cavab olaraq təşkil olunması barədə şərhlər yer alıb. 

Hərbi ekspert  Üzeyir Cəfərov bildirir ki, Azərbaycan xüsusi təyinatlılarının keçirdiyi təlimləri İran İslam Respublikasına əzələ nümayişi kimi təqdim etmək doğru deyil. Əvvəla bu planlaşdırılmış təlimlərdir, ikincisi isə öz miqyasına görə, İranın keçirdiyi təlimlərdən qat-qat kiçik miqyaslıdır. 
 
" Bu plan təlimidir. Fors major halları üçün keçirilən təlim deyil. Təlimin keçirilməsi vaxtı təsadüfən İranın keçirdiyi təlimlərlə təxminən üst- üstə düşüb. Bu təlimlərin məqsədi bizim xüsusi təyinatlıların hazırlığını artırmaqdır. Bu təlimlər İrana əzələ nümayi məqsədilə keçirilmir və bizim buna heç ehtiyacımız da yoxdur. Miqyas baxımından da bu təlimlər daha kiçik miqyaslıdır",  - Cəfərov bildirib.  

İranın bu ilki hərbi təlimləri İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının "Aşura" Qərargahı tərəfindən Ərdəbil və Şərqi Azərbaycan vilayətlərində keçirilib. Helikopterlə manevr və paraşüt əməliyyatları, gecə hücum əməliyyatları, helikopterlə döyüş əməliyyatları, döyüş və kamikadze dronları əməliyyatları, o cümlədən Araz çayı üzərində körpü salınması, rabitə yollarının ələ keçirilməsi və nəzarət, yüksəkliklərin ələ keçirilməsi və hücum zamanı məhv edilməsi adıçəkilən təlimin müxtəlif mərhələlərini təşkil edib. 
 
N.Təbrizli
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Siyasət 12:55
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol