• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın maraqları təmin olunmasa sülh müqaviləsindən imtina edəcək - PAŞİNYAN

Ermənistanın maraqları təmin olunmasa sülh müqaviləsindən imtina edəcək - PAŞİNYAN
10.01.2023 15:16
Azərbaycanın təqdim etdiyi sülh müqaviləsi Ermənistanın dövlət maraqlarına uyğun gəlməsə Ermənistan bu müqaviləni imzalamaqdan imtina edəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirilən mətbuat konfrasında deyib.  
 
"Belə bir sənəd olsaydı, deyərdim ki, artıq imzalamışam, ya da sabah imzalayacam. Biz Azərbaycana cavablarımızı göndərmişik və hələ də cavab almamışıq.
Bir neçə dəfə hökumətin hansısa kağıza imza atmağa hazır olması ilə bağlı xəbərlər yayılıb. Deyirəm, əksinə, stolun üstündə imzalayacağımız kağız varsa, bu, pis deyil, yaxşı xəbər olacaq, çünki bu, balanslı və balanslı hesab etdiyimiz bir nöqtəyə çatmağı bacardığımız anlamına gələcək" - Baş nazir bildirib.
 
Paşinyan açıqlamasında sülh sazişinin icrasnı təmin edəcək mexanizmin olmasının vacibliyini də vurğulayıb. 

"Noyabrın 9-da imzaladığımız sənəd var, amma bu gün o, icra olunmur. Sadəcə bir kağızı imzalamaq kifayət deyil. Sual olunur ki, imzalanmış sənəd nə qədər sülh gətirəcək? Əgər bu sənədin tətbiqi və icrası üçün mexanizmlər olmasa, biz sülh sazişi deyilən bir kağız imzalaya bilərik və bir həftədən sonra eskalasiya və ya müharibə baş verə bilər. Mən çox istərdim ki, bu gün ortada bir sənəd olsun və bugünkü kimi təşkil edilən mətbuat konfransı həmin sülh sazişinin müddəalarına həsr edilsin”, - Paşinyan bəyan edib.
 
2022-ci ildə Azərbaycan və Ermənistan tərəfləri sülh müqaviləsinin imzalanması və şərtləri ilə bağlı müxtəlif zamanlarda bir araya gəlib.
 
2022-ci il aprelin 6-da Azərbaycan və Ermənistan liderləri Brüsseldə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiya yaradılmasına, o cümlədən sülh sazişi üzərində işləməyə razılaşıblar.
 
Avqustun 30-da Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə təşkil olunan daha baş tutub. Üçtərəfli danışıqlarda sülh sazişi, humanitar, sərhəd və kommunikasiyaya dair məsələlər nəzərdən keçirilib.
 
Daha sonra, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilmiş görüşdən sonra verilən bəyanatda imzalayıblar. Həmin bəyanata görə, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.
 
Praqada televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev  Ermənistan deyilən şərtlərə uyğunlaşacaqsa sülh müqaviləsinin bu ilin sonunadək (2022-ci ilin sonu nəzərdə tutulur, - red) imzalana biləcəyini vurğulayıb.
 
2022-ci ilin oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüşdə BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə aparılaraq razılığa gəlinib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Siyasət 12:55
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol