• $
  • €
  • ₽
  • ₺
  • £

"YAŞAT" Fondu tərəfindən kütləvi imtinalar verilir - Deputatlardan təklif/VİDEO

"YAŞAT" Fondu tərəfindən kütləvi imtinalar verilir - Deputatlardan təklif/VİDEO
11.04.2023 11:27
"Yaşat” Fondunda vəsaitin az olması səbəbindən müraciət edən qazi və şəhid ailələrinə imtinalar edilir. Bunu Milli Məclisin aprelin 11-də keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib. 
 
"Fonda müraciət çoxdur və artıq kütləvi imtinalar edilir ki, bu da haqlı narazılıq yaradır. Səbəb "Yaşat” fondunda vəsaitlərin çox az olmasıdır.  Amma hələ də həm İkinci, həm də Birinci Qarabağ müharibəsindən minlərlə müalicə istəyənlər var. Hər gün qapımızı onlarla qazi və onların valideynləri döyür. Təklif edirəm ki, Neft fondundan hər il birdəfəlik vəsait "Yaşat” fonduna köçürülsün. İmkanlı şəxslərə də müraciət edirəm ki,  "Yaşat” fonduna vəsait köçürməkdə davam etsinlər", - deputat söyləyib.
 
Deputat Qənirə Paşayeva da təklif edib ki, deputatlar bu ay əmək haqqlarının yarısını "YAŞAT" Fonduna köçürsünlər.
 
"Bununla bağlı mənə də şəhid ailələri və qazilər müraciət edib. Təklif edirəm biz də dəstəyimizi göstərək. İmkanları şəxsləri dəstək olmağa dəvət edirəm", - deputat vurğulayıb. 
 
Milli Məclisin sədr müavini Əli Hüseynli bildirib ki, "YAŞAT" FOnduna davamlı dövlət qurumları tərəfindən maliyyə dəstəyi göstərilir. Əgər belə bir problem varsa bunu araşdırmaq lazımdır. 
 
"YAŞAT" Fondu 2020-ci il prezidentin fərmanı ilə yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək olmaqdır. 
 

 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Siyasət 12:55
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol