• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinin icrasında israrlıdır

ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinin icrasında israrlıdır
26.05.2023 11:55
ABŞ həll olunmamış məsələlər üzrə razılığa gəlmək üçün Ermənistan və Azərbaycanın birgə işini davam etdirməkdə israrlıdır. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə Moskvada Paşinyan-Putin-Əliyev üçtərəfli görüşünü şərh edərkən deyib.

"Bu bizim üçün hələ də prioritetdir. Dövlət katibi bir neçə həftə əvvəl Vaşinqtonda hər iki tərəfi salamladı. Biz başa düşürük ki, Brüsseldəki danışıqlar bundan sonra da davam edib və danışıqların davam etdirilməsinin tərəfdarıyıq. Dediyimiz kimi, biz artıq razılığın əldə olunduğuna inanırıq və hər iki tərəfin həll edilməmiş məsələlərdə razılığa gəlmək üçün birgə işləməsində israrımızı davam etdiririk”, -  o bildirib.

Mayın 25-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında üçtərəfli danışıqlar keçirilib, danışıqlarda regional nəqliyyat və iqtisadi infrastrukturun blokdan çıxarılması məsələləri müzakirə edilib və işin bir həftə ərzində davam etdirilməsi barədə razılıq əldə olunub. 

Vaşinqton və Brüssel görüşləri haqqında

Mayın 1-4-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar olub. ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə regional təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub. 

Mayın 14-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyev arasında üçtərəfli görüş keçirilib. Regional nəqliyyat və iqtisadi infrastrukturun blokdan çıxarılması, iki ölkə arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair saziş, əhalinin hüquq və təhlükəsizliyi ilə bağlı problemlərin həllinin zəruriliyi ilə bağlı məsələlər- Qarabağ, eləcə də itkin düşmüş məhbuslarla və igər humanitar məsələlər müzakirə olunub. 
 
Gülnar Nazimqızı 


.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Siyasət 12:55
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol