• $
  • €
  • ₽
  • ₺
  • £

Fransanın Azərbaycandakı səfiri: Azərbaycan yolu açmağa borcludur

Fransanın Azərbaycandakı səfiri: Azərbaycan yolu açmağa borcludur
27.07.2023 16:47
Fransanın Azərbaycandakı səfiri  Ann Buayon Bakının Laçın dəhlizi boyunca təhlükəsizliyə və hərəkət azadlığına təminat verməyə borclu olduğunu açıqlayıb. 
 
"Azərbaycan hakimiyyəti yaxın gələcəkdə Laçın dəhlizi boyunca təhlükəsizliyə və hərəkət azadlığına təminat vermək və böhranın daha da dərinləşməsinin qarşısını almaq öhdəliyi daşıyır və buna borcludur”, -  səfir öz tvitterində yazıb. 
 
Millət vəkili Hikmət Babaoğlu hesab edir ki, səfirin bu açıqlaması Azərbaycanın daxili işinə qarışmaq cəhdidir. 
 
"Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini özü təmin edəcək. Onların hər cür humanitar ehtiyaclarını da qarşılamağa hazırdır. Belə olan halda hansısa ölkənin digər ölkənin daxili işlərinə qarışması yolverilməzdir. Fransanın Azərbaycandakı səfiri Azərbaycanda oturaraq ölkəmizin daxili işlərinə qarışmağa cəhd göstərir. Azərbaycanın heç bir öhdəliyi yoxdur. Yeganə öhdəlik dövlətin konistutiyasını əlçatan etməkdir. Hazırda aparılan sülh danışıqları ərəfəsində Brüsseldə keçirilən son görüşdə humanitar yardımın Xankəndi-Ağdam yolu ilə çatdırılması razılaşdırılıb. Bu yol daha əlverişli hesab edilir. Beynəlxalq Qızıl Xaç Komitəsi də bununla bağlı öz mövqeyini bildirib", - Babaoğlu açıqlamasında vurğulayıb.
 
Deputat bildirir ki, Azərbaycan heç bir halda Laçın dəhlizini açıb yüklərin çatdırılmasına şərait yaratmayacaq. Çünki bu yüklər Azərbaycanla razılaşdırılmadan göndərilib və Azərbaycan da buna yol verməyəcək. 
 
İyulun 26-da Ermənistan Azərbaycanla razılaşdırmadan 400 tonluq humanitar yardımı Qarabağda yaşayan erməni vətəndaşlara çatdırmağa cəhd edib. Azərbaycan tərəfi öncədən bəyan edib ki, həmin yüklərin keçirilməsinə icazə verilməyəcək, çünki bu barədə Azərbaycana məlumat verilməyib. 
 
Ölkə başçısının köməkçisi Hikmət Hacıyev də açıqlama verərək deyib ki,  "Təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir.
 
Hacıyev vurğullayıb ki, beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol