• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ erməniləri Rəsmi Bakı ilə Yevlaxda görüşə bilər

Qarabağ erməniləri Rəsmi Bakı ilə Yevlaxda görüşə bilər
01.08.2023 16:49
Yevlaxda Bakının hökumət nümayəndələri ilə Qarabağda yaşayan etnik azlıq nümayəndələrinin görüşü ola bilər. Bu barədə Caliber.az saytı öz mənbələrinə istinadan yazıb. 
 
Bildirilib ki, görüş üçüncü tərəfdən olmadan keçirilə bilər.  
 
Siyasi məsələlər üzrə şərhçi Azər Qasımlı hesab edir ki, belə bir görüşün keçirilməsi doğru addımdır və bunun yaxşı nəticəsi də ola bilər. 
 
"Belə bir görüş Azərbaycan ərazisində olacaqsa, mən buna müsbət yanaşıram və doğru hesab edirəm. Müəyyən problemlər var. Azərbaycanın ərazisində yaşayan müəyyən bir kütlə var və onlar vaxtilə Azərbaycan SSRİ-nin vətəndaşı olublar, amma indi Azərbaycan Respublikasının ərazisində yaşayırlar. Onlar ya Azərbaycanın vətəndaşlığını qəbul etməlidirlər, ya da Azərbaycan dövləti ilə onların münasibətləri hansısa bir formada tənzimlənməlidir. Çünki, vətəndaşlığı qəbul etmirlərsə, demək ki, onlar xarici vətəndaş hesab olunur. Xarici vətəndaşdırlarsa, deməli, çox uzun müddət Azərbaycan ərazisində qala bilməzlər. Təbii ki, burada hər iki tərəf arasında etimad olmalıdır.  Hesab edirəm ki, bu görüşün danışıqlar prosesinə müsbət təsiri olacaq. Paşniyan iqtidarına da bir şeylər lazımdır ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin olunması ilə bağlı Ermənistan cəmiyyyətinə bunu təqdim etsin. Bu görüş də bunun üçün fürsətdir. Görüşdə əldə olunan müsbət nəticələr sülh sazişini reallaşdıra bilər”, - Qasımlı deyib.
 
Bundan əvvəl, Rəsmi Bakı Qarabağda yaşayan etnik erməni azlıq nümayəndələrini renteqrasiya məsələləri ilə bağlı iki dəfə görüşə dəvət edib. Lakin onlar görüşdən imtina ediblər. 
 
Martın 1-də isə Milli Məclisin deputatı Ramin Məmmədov Xocalıda keçirilən görüşdə məsul şəxs qismində erməəni sakinlərinin təmsilçiləri ilə görüşdə iştirak edib. 
 
Görüş zamanı renteqrasiya dair ilkin müzakirələr keçirilib. 
 
Aytac Zeynalova
Eltac Nurullazadə 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol