• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Avropa Komissiyası və ABŞ rəsmiləri ilə niyə görüşəcək?

Ermənistan Avropa Komissiyası və ABŞ rəsmiləri ilə niyə görüşəcək?
04.04.2024 16:35
Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçiriləcək.Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Armenpress”ə müsahibəsində bildirib.

"Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarını müzakirə etmək üçün bu il aprelin 5-də Brüsseldə sədr fon der Leyen, baş nazir Paşinyan və dövlət katibi Blinken arasında görüş planlaşdırılır. Tədbir həmçinin Ermənistanın davamlılığını artırmaq məqsədi daşıyır. Yaxın vaxtlarda bu barədə daha ətraflı danışmaq mümkün olacaq”, - Qriqoryan deyib.
 
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu hesab edir ki, Azərbaycanı təhdid edən hər hansı hərbi təxribat olarsa, Azərbaycan düşmən ərazisinin dərinliklərinə enərək öz təhlükəsizliyini təmin etmək üçün müxtəlif hərbi əməliyyatlar icra edə bilər.
 
"Son günlərdə Ermənistan – Azərbaycan şərti sərhədində Ermənistanın vəziyyəti gərginləşdirməsi daimi və uzunmüddətli məqsədlər üçün, fartifikasiya qurğuları yaratması bu günə qədər Azərbaycana qarşı olan təxribatların yeni mərhələsidir. Çünki 44 günlük müharibədə ötən 3 il müddətində biz sadəcə lokal xarakterli yüngül, atıcı silahlarla Azərbaycana qarşı təxribatlar edirdisə, bu fundamental hadisədir. Yəni çox müasir, hərbi, mühəndis istehkamlarının yaradılması, xüsusi atəş nöqtələrinin müdafiəsi üçün xüsusi qalın beton konstruksiyadan fartifikasiyaların quraşdırılması ondan xəbər verir ki, Ermənistan bundan sonra Azərbaycana qarşı təxribatlarını davam etdirəcək.

Nəzərə almaq lazımdır ki, bu Brüsseldə keçiriləcək görüşlər ərəfəsində baş verir. Naxçıvan ərazisi də atəşə tutulub. Bütün bunların hamısı Avropa Birliyinin firmasında fəaliyyət göstərən müşahidə missiyasının gözünün önündə baş verir. Üstəlik də Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntülərə və məlumatlara Avropa Birliyinin missiyası cavab verir. Burada Avropa Birliyi Azərbaycana qarşı tərəf kimi çıxış edir. Ona görə də, əlbəttə ki, belə qənaətə gəlmək olar ki, bundan sonra da Ermənistan təxribatları geniş miqyaslı və daha ciddi şəkildə Azərbaycana qarşı davam edəcək. Azərbaycan sülh tərəfdarıdır, həmişə beynəlxalq hüquq mövqeyindən çıxış edir və Azərbaycan yaxşı bilir ki, beynəlxalq hüquqla tanınan məşru müdafiə hüquqları var. Yəni təhlükəsizliyimizi təhdid edən hər hansı bir təxribat varsa, Azərbaycan düşmən ərazisinin dərinliklərinə enərək öz təhlükəsizliyini təmin etmək üçün müxtəlif hərbi hərəkətlər edə bilər. Ona görə də belə davam edərsə, məcburi özünü müdafiə cavabı şərti sərhədlərdən 30 km daha dərinliklərə enerək öz sərhədlərimizi erməni təxribatlarından və erməni hərbi vasitələrinin mövqelərimizi atəşə tutmasından müdafiə etmə məcburiyyətində qala bilər”, - deputat deyib.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirir ki, görüşdə Avropa İttifaqı Ermənistan və ABŞ arasında hərbi pakt bağlana bilər. 
 
"Ukraynadan sonra həmin qüvvələrin Rusiya arxasında ikinci cəbhə aça bilər. Amma bu bizi niyə narahat edir? Çünki Ermənistanın bütün formatlarda silahlanması Azərbaycanı həmişə təhdid edir. Düşməni Rusiyadırsa, onunla müəyyən problemləri varsa belə, onun silahlanması Rusiya ilə əlaqədar deyil. Onun silahlanmasında əsas zərbə nöqtəsini Azərbaycan təşkil edəcək. Bu baxımdan Azərbaycan etiraz edir. Ermənistan silahlı qüvvələrini leqal hərbi hədəflər olduğunu da Azərbaycanın açıqlamalarının alt qismində hiss olunur. Bütün hallarda həmin görüşdən sonra regionda silahlı qarşıdurmanın olma ehtimalı daha da artacaq”, - ekspert vurğulayıb.
 
2023-cü il oktyabrın 5-də Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Qranada görüşündən sonra birgə bəyanat yayıblar. Ursula fon der Leyen Ermənistana dəstək üçün Aİ-ABŞ birgə tədbirinin hazırlanması barədə məlumat verib.

 
Aygün Mirakif
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ankarada Zəfər Günü münasibətilə Azərbaycanı təbrik ediblər
Siyasət 22:30
Ankarada Zəfər Günü münasibətilə Azərbaycanı təbrik ediblər
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Siyasət 21:30
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Liderlər və birinci xanımlar təltif olunan hərbçilərlə görüşüblər
Siyasət 20:30
Liderlər və birinci xanımlar təltif olunan hərbçilərlə görüşüblər
Azərbaycan Prezidentinin sosial şəbəkə hesabında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
Siyasət 20:00
Azərbaycan Prezidentinin sosial şəbəkə hesabında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsini ziyarət ediblər
Siyasət 17:38
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsini ziyarət ediblər
Ərdoğan: Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər məqsədlərinə çatmayacaqlar
Siyasət 16:29
Ərdoğan: Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər məqsədlərinə çatmayacaqlar
Əliyev: Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz
Siyasət 16:20
Əliyev: Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz
Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı başlayıb
Siyasət 16:17
Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı başlayıb
Azərbaycan Ordusunda gənc əsgərlər and içiblər
Siyasət 15:39
Azərbaycan Ordusunda gənc əsgərlər and içiblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol