Lətif Hüseynov Albaniyada monitorinq keçirib
İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 4-dən 14-dək Albaniyada səfərdə olub.L. Hüseynovun APA-ya verdiyi məlumata görə, səfər zamanı nümayəndə heyəti ölkənin müxtəlif bölgələrində yerləşən polis bölmələrinə, həbsxanalara və psixiatriya müəssisələrinə baş çəkib, orada saxlanılan şəxslərlə necə rəftar olunduğunu və onların saxlanma şəraitini qiymətləndirmək məqsədilə monitorinq keçirib. Səfərin yekunları Albaniyanın daxili işlər naziri Saimir Tahiri və ədliyyə naziri Nasip Naço ilə keçirilən görüşlərdə ətraflı müzakirə olunub. L. Hüseynov qeyd edib ki, monitorinqin nəticələri barədə geniş məruzə hazırlanaraq, Albaniya hökumətinə təqdim olunacaq.ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Siyasət 14:54 Azərbaycan və Avstraliya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 13:25 Azərbaycan və Çin beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Siyasət 14:20 Prezidentdən xarici ölkələrə ixracla bağlı - fərman
Siyasət 13:37 Litva Azərbaycan üzərindən Orta Dəhlizin inkişafını sürətləndirməyə çağırır
Siyasət 13:33 Ceyhun Bayramov: Azərbaycan Aİ ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır
Siyasət 13:28 Litva Azərbaycanla strateji tərəfdaşlığı və iqtisadi əlaqələri genişləndirmək niyyətindədir
Siyasət 13:22 Ceyhun Bayramov: Yaxın Şərqdəki gərginlik və İran ətrafındakı vəziyyət narahatlıq doğurur
Siyasət 13:18 Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır
Siyasət 13:15 Litva şirkəti işğaldan azad edilmiş ərazidə 650 yeni iş yeri yaradacaq