• $
  • €
  • ₽
  • ₺
  • £

Moldova Ombudsmanı: “Naməlum şəxslər məni güdür”

Moldova Ombudsmanı: “Naməlum şəxslər məni güdür”
29.05.2020 04:28
“Ermənilərin mənə qarşı bilavasitə hücumları səngisə də, dolayı təhdidlər davam edir. Naməlum şəxslər məni güddüyünə görə təhlükəsizliyimi hazırda ərim təmin etmək məcburiyyətindədir”.Bu barədə APA-ya açıqlamasında Moldova Ombudsmanı Aureliya Qriqoriu bildirib. Onun sözlərinə görə, onun anasının Rışkan bələdiyyəsində olan mənzillə bağlı yaranan problem də həll olunub: “Söz veriblər ki, anamı bir daha narahat etməyəcəklər. Prokurorluq isə rəsmi olaraq bildirib ki, sahə müfəttişi Vasluyanın məsuliyyətə cəlb edilməsi üçün əsas yoxdur”. A.Qriqoriu əlavə edib ki, hazırda ombudsman fəaliyyətini davam etdirir: “Moldova parlamenti tərəfindən qəbul olunması gözlənilən “Ombudsman haqqında” qanun hazırda redaksiyadadır. Qanun qəbul olunana qədər mən bu vəzifədə qalacağam”. Xatırladaq ki, bu il iyulun 4-də İrəvanda Ermənistan parlamentində keçirilən “Dondurulmuş münaqişə ərazilərində insan hüquqlarının qorunması” adlı beynəlxalq konfransda Moldova Ombudsmanı Aureliya Qriqoriu Ermənistanın Azərbaycana qarşı təcavüzünün 25 ildən çoxdur davam etdiyini və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini bildirib. Bunun ardınca Ermənistan hökuməti, erməni lobbisi və ASALA erməni terror təşkilatı tərəfindən ombusdmana mütəmadi təzyiq və həyati təhlükəsizliyi ilə bağlı hədə kampaniyası başlayıb, anasının və bacısının yaşadığı Rışkan bələdiyyəsinin Vasluyan soyadlı erməni əsilli sahə müfəttişi onları hədələyib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol