Qəbələdə İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir - Yenilənir
Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Prezident İlham Əliyevin Azərbaycanda işgüzar səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü olub.Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü keçirilir.
10:30
Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı müzakirə etmək üçün Azərbaycana gəlib, Kyiv Post AFP-yə istinadən yazıb.
Nəşrin məlumatına görə, AFP-yə danışan Ukrayna rəsmisi “Azərbaycana endiklərini” bildirib və səfərin “təhlükəsizlik və enerji əməkdaşlığı, koordinasiya” məqsədi daşıdığını deyib.
Kyiv Post yazır ki, bu, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Ukrayna liderinin Cənubi Qafqaz ölkəsinə ilk səfəridir.
Səfər Zelenskinin Səudiyyə Ərəbistanına səfərindən sonra baş tutur. Orada o, vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb.
Azərbaycan Prezidentinin mətbuat xidməti səfərlə bağlı hələlik rəsmi məlumat yaymayıb.