• $
  • €
  • ₽
  • ₺
  • £

Hikmət Hacıyev: Qlobal Cənub ölkələri həmrəyliyi gücləndirməlidir

Hikmət Hacıyev: Qlobal Cənub ölkələri həmrəyliyi gücləndirməlidir
14.05.2026 10:57

Çoxtərəfli institutların iflic vəziyyətə düşdüyü bir dövrdə Qlobal Cənub ölkələri həmrəyliyi və regional liderliyi gücləndirməlidir. Bunu
Bunu Bunu Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.

Hacıyev deyib ki, rəqəmsal transformasiya, iqlim dəyişikliyi və təhlükəsizlik çağırışları inkişaf etməkdə olan ölkələr üçün əlavə çətinliklər yaradır və Qlobal Cənub ilə Qlobal Şimal arasında fərqi dərinləşdirir.

Onun sözlərinə görə, Azərbaycan Qlobal Cənubun dostu, tərəfdaşı və məsul üzvü kimi çoxtərəfli institutların gücləndirilməsinə töhfə verməyə hazırdır.

“Qlobal Cənubun məqsədi təcrid və qarşıdurma deyil, ədalət və bərabərlik prinsipləri əsasında əməkdaşlıqdır,” -Hacıyev bildirib.

O qeyd edib ki, Qlobal Cənub ölkələri beynəlxalq sistemdə mövcud ikili standartlar fonunda öz regionlarında sülh, ədalət və əməkdaşlığın təmin olunmasında daha fəal rol oynamalıdır.

Hacıyev bildirib ki, Azərbaycan 1990-cı illərdə beynəlxalq ədalətdən çox şey gözləsə də, bu dəstək gəlməyib və ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin edib.

O əlavə edib ki, Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistanla əməkdaşlıq və dialoq prosesinə başlayıb.

“Bu, qalib tərəfin xoş niyyətinin, regionda yeni reallıqların və tarixi ədalətə əsaslanan yeni status-kvonun formalaşdırılması istiqamətində regional məsuliyyətin nümayişidir,” -Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan öz regionundan başlayaraq sülh, ədalət və əməkdaşlıq mühitinin qurulmasına töhfə verir.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol