• $
  • €
  • ₽
  • ₺
  • £

Azovda vurulan gəmilərdən xilas edilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün tədbirlər görülür - XİN

Azovda vurulan gəmilərdən xilas edilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün tədbirlər görülür - XİN
06.06.2026 16:34

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.Bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində Azərbaycan vətəndaşlarının həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycanın Rusiyadakı Səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər.

Səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər.

XİN-in məlumatda vurğuanıb ki, yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.

Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.

Bildirilib ki, eyni zamanda, Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.

"Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin Azərbaycana gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə nazirlik qeyd edib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
Siyasət 16:51
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Siyasət 15:49
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 13:12
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
Siyasət 11:49
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:26
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
Siyasət 22:34
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 18:55
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Siyasət 17:06
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol