• $
  • €
  • ₽
  • ₺
  • £

İran ABŞ və İsrailin məqsədlərinə nail ola bilmədiyini bildirib

İran ABŞ və İsrailin məqsədlərinə nail ola bilmədiyini bildirib
24.06.2026 14:21

ABŞ və İsrail İrana qarşı 40 gün davam edən müharibədə məqsədlərinə nail ola bilməyib və İslamabad razılaşması “ABŞ-ın məğlubiyyət bəyannaməsi”dir. Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının konfransında çıxış edən Qalibaf deyib ki, müharibə regionda strateji balansı dəyişdirmək və İrana öz iradəsini qəbul etdirmək cəhdi olub.

Onun sözlərinə görə, İran silahlı qüvvələrinin müqaviməti və əhalinin dəstəyi rəqibləri məqsədlərindən geri çəkilməyə və danışıqlara məcbur edib.

“İslamabad memorandumu ABŞ-ın məğlubiyyətinin bəyannaməsinə çevrildi”, - Qalibaf deyib.

O bildirib ki, İran qarşılıqlı hörmətə, dövlətlərin hüquqlarına və bərabərliyə əsaslanan sülhün tərəfdarıdır və regionun təhlükəsizliyi region ölkələri tərəfindən təmin edilməlidir.

Qalibaf həmçinin Fələstin xalqına dəstəyini ifadə edərək, Yaxın Şərqdə davamlı təhlükəsizliyin Fələstin məsələsinin ədalətli həlli olmadan mümkün olmadığını bildirib.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol