• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib

Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib
06.07.2026 18:13

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.Sənəd Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunub.

Sərəncama əsasən, ötən il ARDNF-in büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, büdcə xərcləri isə 14 milyard 627,2 milyon manat təşkil edib.

İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 10 milyard 266,3 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 9 milyard 497 milyon manat, bonus ödənişləri və tranzitdən 765,7 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Quruma "Azəri-Çıraq-Günəşli" yatağından 8 milyard 292,9 milyon manat, "Şahdəniz" yatağından isə 958,8 milyon manat vəsait daxil olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə 6 milyard 894,1 milyon manat olub (gəlirlilik 6,2 % təşkil edib).

Hesabat dövründə ARDNF dövlət büdcəsinə 14 milyard 481 milyon manat transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 18,6 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" nın maliyyələşməsinə 86,9 milyon manat yönəldib, idarəetməyə isə 40,7 milyon manat xərcləyib.

Ötən il Fondun valyuta məzənnələri və qızıl qiymətinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri isə 20 milyard 434 milyon manat təşkil edib. Beləliklə ARDNF-nin ümumi gəlirləri 37 milyard 594,4 milyon manat olub.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol