• $
  • €
  • ₽
  • ₺
  • £

Putin və Əliyev Rusiya-Azərbaycan münasibətlərini müzakirə ediblər - Yenilənib

Putin və Əliyev Rusiya-Azərbaycan münasibətlərini müzakirə ediblər - Yenilənib
28.07.2026 12:48

İyulun 28-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İkitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, hökumətlərin və müvafiq strukturların xətti ilə fəal dialoqun aparıldığını qeyd ediblər.

Faydalı əməkdaşlığın daha da genişlənməsinə dair qarşılıqlı maraq təsdiqlənib.

12: 35

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev telefon danışığı zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və beynəlxalq gündəmdəki məsələləri müzakirə ediblər.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, dövlət başçıları Rusiya-Azərbaycan münasibətlərinin konstruktiv xarakter daşıdığını, hökumətlər və aidiyyəti qurumlar arasında dialoqun intensiv şəkildə davam etdiyini qeyd ediblər.

"İkitərəfli və beynəlxalq gündəmdəki cari məsələləri müzakirə edən liderlər Rusiya-Azərbaycan münasibətlərinin konstruktiv xarakter daşıdığını və hökumətləri ilə müvafiq qurumlar arasında dialoqun intensivləşdiyini qeyd ediblər", - Kremlin bəyanatında bildirilir.

Məlumata görə, prezidentlər iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də genişləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol