• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Naxçıvanda iş yerlərinin yaradılmasından danışıb

Prezident Naxçıvanda iş yerlərinin yaradılmasından danışıb
11.08.2026 22:30

Prezident İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafının, enerji təhlükəsizliyinin və nəqliyyat imkanlarının genişləndirilməsinin davam etdiriləcəyini bildirib.

İlham Əliyev bunu Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Prezident Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasını regionda yeni iş yerlərinin yaradılması və iqtisadi fəallığın artırılması baxımından mühüm addım kimi qiymətləndirib.

O bildirib ki, parkın tərkibində 300 MVt gücündə istilik elektrik stansiyası da inşa ediləcək.

"Bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir", - İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, Naxçıvanın hazırkı generasiya gücü təxminən 200 MVt təşkil edir və yeni stansiyanın istifadəyə verilməsi bu göstəricini 1,5 dəfə artıracaq.

İlham Əliyev Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunması üçün İranla qaz mübadiləsi sazişinin imzalandığını və muxtar respublikanın qazlaşdırılmasının 100 faizə çatdırıldığını bildirib.

O qeyd edib ki, Naxçıvanda su, Günəş və modul tipli elektrik stansiyaları da yaradılıb.

Prezident Naxçıvanın Günəş enerjisi potensialının yüksək olduğunu vurğulayıb. Onun sözlərinə görə, 600 hektardan çox ərazi müəyyənləşdirilib və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının tikintisi planlaşdırılır.

"Bu layihələr iqtisadi cəhətdən, yəni gəlirlilik nöqteyi-nəzərindən investorlar üçün cəlbedicidir", - İlham Əliyev deyib.

O əlavə edib ki, Naxçıvanın mövcud generasiya gücü hazırkı tələbatı üstələyir, lakin regionun gələcək inkişafı və elektrik enerjisi ixracı nəzərə alınaraq yeni layihələr həyata keçiriləcək.

Prezident Naxçıvanın tarixi-mədəni irsinin qorunmasının da prioritet istiqamətlərdən biri olduğunu bildirib. O, Möminə xatun məqbərəsinin bərpası ilə yanaşı, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpasının nəzərdə tutulduğunu deyib.

İlham Əliyev Naxçıvanın nəqliyyat imkanlarının genişləndirilməsinin də diqqətdə saxlanıldığını qeyd edib.

O, sosial təminat sahəsində DOST Mərkəzinin fəaliyyətə başlamasını, həmçinin "ASAN xidmət" mərkəzinin yaradılmasını əhali üçün xidmətlərin yaxşılaşdırılması istiqamətində atılan addımlar kimi qiymətləndirib.

Prezident kənd təsərrüfatının inkişafı üçün də Naxçıvanda suvarma layihələrinin həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, yeni artezian quyuları qazılacaq, müasir suvarma sistemləri quraşdırılacaq və hazırda suvarılmayan torpaqların su təminatı yaxşılaşdırılacaq.

"Beləliklə, muxtar respublikanın inkişafı daha sürətli və hərtərəfli olacaq", - İlham Əliyev deyib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol