• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ və Şərqi Zəngəzurda əhali sayı 90 mini ötüb

Qarabağ və Şərqi Zəngəzurda əhali sayı 90 mini ötüb
02.09.2026 11:28

Azərbaycan ərazisinin 13%-dən çoxu mina və partlamamış hərbi sursatlarla çirklənib. Bu barədə Prezident İlham Əliyevin Bakıda BMT ilə birgə təşkil olunan IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına ünvanladığı müraciətdə bildirilib. Müraciəti Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Dövlət başçısının müraciətində qeyd olunub ki, 2020-ci il Vətən müharibəsi başa çatdıqdan bəri 437 vətəndaş mina partlayışlarının qurbanı olub, nəticədə 76 nəfər həlak olub, 361 nəfər ağır yaralanıb. Ümumilikdə isə münaqişə dövründə 3 500-dən çox insan mina terrorundan zərər çəkib. Ermənistanın təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiq və natamam olmasına baxmayaraq, genişmiqyaslı əməliyyatlar nəticəsində 260 mindən çox mina və partlamamış sursat zərərsizləşdirilib.

Müraciətdə vurğulanıb ki, "Böyük Qayıdış" proqramı çərçivəsində artıq 40 minə yaxın keçmiş məcburi köçkün doğma yurduna qayıdıb, Qarabağ və Şərqi Zəngəzurda daimi yaşayan əhalinin ümumi sayı isə 90 min nəfəri keçib. Azərbaycanın humanitar minatəmizləməni 18-ci milli Dayanıqlı İnkişaf Məqsədi (DİM) elan etdiyini diqqətə çatdıran dövlət başçısı beynəlxalq birliyi maliyyə və texnoloji dəstəyi gücləndirməyə çağırıb.

N.Təbrizli 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol