• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadə: "Bu, ən böyük cinayətdir”

Allahşükür Paşazadə: "Bu, ən böyük cinayətdir”
22.12.2014 15:39
"Onlar Yaxın Şərqdə təfkirçilər vasitəsilə İslam adı altında müsəlmanları qırırlar”

"Bu gün Qərb dövlətləri İslama qarşı açıq mübarizə aparır. Onlar Yaxın Şərqdə bu gün faktiki olaraq təfkirçilər vasitəsilə İslam adı altında müsəlmanları qırırlar. Biz müsəlmanlar buna qəti etiraz edirik, bu, ən böyük cinayətdir”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Həzrəti Məhəmməd Peyğəmbərin (s) vəfatının ildönümü ilə bağlı bu gün QMİ-də keçirilən tədbirdə deyib.

Şeyxülislam qeyd edib ki, həmin dövlətlərin əlaltılarına çevrilən məzhəblərə qarşı mübarizə gücləndirilməlidir: "Bu yaxınlarda "Qələm” mətbəəsinin vəhhabilik barəsində bir nəşri işıq üzü gördü. Orada kənar məzhəblərin İslama vurduğu zərbələr aydın izah olunur”. Şeyx bu yaxınlarda İranda radikalizmə qarşı keçirilən konfransı xatırladaraq İran və Türkiyənin tədbirdə iştirak edən nümayəndələrinə təkliflər verdiyini bildirib: "Biz İran və Türkiyə ilə birləşib kənar məzhəblərə, radikal qüvvələrə qarşı birgə mübarizə aparmalıyıq. Bunun vaxtı çoxdan çatıb”.

Qeyd edək ki, tədbirdə İranın Ali liderinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaq Nicat, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, Türkiyənin Azərbaycandakı səfirliyinin dini müşaviri Sadiq Eraslan və digər şəxslər iştirak edirlər.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol