Premyer Liqamızın ən yaxşıları

12:44 | 12.05.2014
Premyer Liqamızın ən yaxşıları

Premyer Liqamızın ən yaxşıları

Azərbaycan Premyer Liqasında 34-cü turun ən yaxşı futbolçuları müəyyənləşib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun rəmzi yığmasına aşağıda adları qeyd olunan futbolçular daxil olub:

Qapıçı – Səlahət Ağayev ("İnter")

Müdafiəçilər – Bruno Bertuççi ("Neftçi"), Rəşad Sadıqov ("Qarabağ"), Bədavi Hüseynov ("Qarabağ"), Maksim Medvedev ("Qarabağ")

Yarımmüdafiəçilər – Reynaldo Silva ("Qarabağ"), Derlis Meza Kolli ("İnter"), Marinaldo da Silva ("Qarabağ"), Sadio Tounkara ("Xəzər Lənkəran")

Hücumçular – Etame Mbilla ("Xəzər Lənkəran"), Baçana Sxadadze ("İnter").

Turun ən yaxşı oyunçusu isə “Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo Silvadır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb