Prokurorluq bir nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı

16:06 | 12.06.2019
Prokurorluq bir nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı

Prokurorluq bir nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı

İyunun 11-də Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində "Mitsubishi Pajero” markalı maşının yol kənarlarında quraşdırılmış maneəyə çırpılması nəticəsində bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Baş Prokurorluqdan anews.az-a verilən məlumata görə, artıq qəzanı törədib hadisə yerindən qaçmaqda şübhəli bilinən 1990-cı il təvəllüdlü İsmayıl Ələkbərov saxlanılıb.

Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələr ilə cinayət işi açılıb. Ələkbərov yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda və hadisə yerindən qaçmaqda ittiham olunur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb