Putin Yanukoviçin ölümündən danışdı

18:24 | 04.03.2014
Putin Yanukoviçin ölümündən danışdı

Putin Yanukoviçin ölümündən danışdı

"Rusiya Federasiyasının ərazisinə gələndən sonra mən onunla bir dəfə görüşmüşəm”

“Yanukoviç Rusiya Federasiyasının ərazisinə gələndən sonra mən onunla bir dəfə görüşmüşəm”. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin jurnalistlərə Moskva şəhərində bildirib. 

“O, sağ-salamatdır, sizə də can sağlığı arzulayır. O, hətta onun haqqında belə xəbərlər yayanların dəfnində də soyuqlamağa imkan tapacaq”, - deyə Putin sosial şəbəkələrdə Yanukoviçin ölümü haqqında xəbər yayanlar barədə bildirib. 

Qeyd edək ki, bu gecə Ukraynalı hüquq müafiəçisi, Avromaydan hadisələrinin fəallarından biri Mixail Leded, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Rostov xəstəxanasında ürək tutmasından öldüyünü bildirib. 

ANS PRESS-in məlumatına görə, Mixail Lebed bunu öz Facebook hesabında yazıb. Mixail Lebed məlumatı Rostov kardioloji institutundakı dostundan aldığını deyib. 

"Yanukoviçi martın 3-də gecə saat 11-də gətiriblər. 1 saat sonra isə o, ürək tutmasından ölüb", - deyə M. Lebed Facebook-da yazıb. Hazırda Ukrayna mətbuatı xəbərin doğru olub-olmamasını digər mənbələrdən dəqiqləşdirməyə çalışır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb