Putindən Əsədə kritik telefon zəngi

10:34 | 20.10.2016
Putindən Əsədə kritik telefon zəngi

Putindən Əsədə kritik telefon zəngi

Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd arasında telefon danışığı olub.

Azvision.az "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

"Telefon danışığı zamanı Hələb ətrafında və ümumilikdə Suriyadakı vəziyyət müzakirə olunub”, - deyə Peskov qeyd edib.

Danışıq Berlində keçirilən Ukrayna üzrə "Normand dördlüyü”nün görüşündən əvvəl baş tutub.

Qeyd edək ki, görüş çərçivəsində Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland və Vladimir Putinin Suriyadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb