“Qarabağ” “Olimpiakos”a qarşı - YENİLƏNİB

00:50 | 06.10.2022
“Qarabağ” “Olimpiakos”a qarşı - YENİLƏNİB

“Qarabağ” “Olimpiakos”a qarşı - YENİLƏNİB

 "Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanıb.
 
Ağdam təmsilçisi G qrupunun üçüncü turu çərçivəsində Yunanıstanda "Olimpiakos” komandasının qonağı olub.
 
Georgios Karaiskakis stadionunda oynanılan qarşılaşmada "Qarabağ” komandası 3:0 hesablı qələbə qazanıb.
 
Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Peltonun idarə etdiyi oyunda Ağdam təmsilçisinin heyətində Kvabena Ovusu, Marko Veşoviç və Ramil Şeydayev fərqləniblər.
 
----- 
Ağdamın "Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
 
Ağdam təmsilçisi G qrupunun üçüncü turu çərçivəsində Yunanıstanda "Olimpiakos” komandasının qonağıdır.
 
Georgios Karaiskakis stadionunda oynanılan qarşılaşmanı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.
 
***
 
UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda üz-üzə gələcək "Olimpiakos" və "Qarabağ"ın start heyətləri açıqlanıb.
 
Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:
 
"Olimpiakos": 88. Kostas Tsolakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 18. Hvan İy Co, 21. Pep Biel, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges
 
Baş məşqçi: Miçel Qonsales
 
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov
 
Baş məşqçi: Qurban Qurbanov
 
Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq(modern)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM