Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq

11:59 | 16.04.2024
Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq

Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq

Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların siyahısı genişlənib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, siyahının Elm və Təhsil Nazirliyi üzrə bölməsinə "Qarabağ Universiteti -fəlsəfə doktoru üzrə” bəndi əlavə edilib.
 
Həmçinin, "Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 28 noyabr tarixli 377 nömrəli Qərarı ləğv edilib. Bundan başqa, "Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 3 noyabr tarixli 393 nömrəli Qərarı ləğv edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb