Qarabağda 2500 nəfər özünüməşğulluq proqramına cəlb olunacaq

13:14 | 17.04.2024
Qarabağda 2500 nəfər özünüməşğulluq proqramına cəlb olunacaq

Qarabağda 2500 nəfər özünüməşğulluq proqramına cəlb olunacaq

2026-cı ilədək Qarabağda 2500 şəxsin özünüməşğulluq proqramına cəlb olunması gözlənilir. Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

O bildirib ki, artıq 50-dən artıq şəxs bu proqrama cəlb olunub.

"Zəngilanın Ağalı kəndində, Füzuli və Laçında əmək yarmarkaları keçirilib. Özünəməşğulluq proqramına cəlbolunma prosesi azad olunan ərazilərə köç ilə birgə davam edir. Mayda özünəməşğulluq proqramına cəlb edilənlərin aktivlərlə təmin olunmasına başlanılacaq.
 
Azad edilmiş ərazilərə qayıdan 1500 nəfər daimi işlə təmin edilib.
 
İndiyədək təxminən 17 min ailə özünüməşğulluq aktivləri ilə əhatə olunub.

Köç etmiş 4 691 nəfərdən əmək qabiliyyətli olanlar 3 116 nəfər, iqtisadi fəal olanlar 1 934 nəfər, 0-14 yaşda olanlar 1 123 nəfər, 65 yaşdan yuxarı olanlar 452 nəfər, bütün təhsil pillələrinə malik ixtisaslıların sayı isə 977 nəfərdir. Məşğulluğu təmin edilən şəxslər 1 138 nəfərdir ki, bu da əmək qabiliyyətlilərin 36,5 faizidir.

 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM