Qaz kəmərində partlayış: iki nəfər öldü

15:26 | 15.11.2013
Qaz kəmərində partlayış: iki nəfər öldü

Qaz kəmərində partlayış: iki nəfər öldü

Polşada qaz kəmərində partlayış baş verib. Yerli yanğınsöndürmə xidmətinin nümayəndəsi Kşiştof Bernatski Polşa televiziyası vasitəsilə hadisə nəticəsində iki nəfərin öldüyünü açıqlayıb.Partlayışdan sonra başlayan yanğın isə artıq söndürülüb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, partlayış bir gün əvvəl Velokopolsk vilayətinin Yankvuş-Pşiqodski məntəqəsində, qaz kəmərinin yanında yeni xəttin çəkilməsi zamanı baş verib. İki fəhlənin öldüyü, on üç nəfərin xəsarət alması haqqında məlumat açıqlanıb. Onlardan yeddi nəfər, o cümlədən bir uşaq xəstəxanaya yerləşdirilib. On ev və iki tikili yanıb. Qəza xidməti operativ şəkildə qaz kəmərini bağlasa da, boruda qalan qaz 18 saat yanıb.   Diametri 50 sm olan yüksək təzyiqli boru “Gaz-System” dövlət şirkətinə məxsusdur. Şirkət zərərçəkənlərə kompensasiyanın veriləcəyini vəd edib. Ekspert qrupu və prokurorluğun müstəntiqləri qəzanın baş vermə səbəblərini araşdırmağa başlayıblar. Polşanın baş naziri Donald Tusk noyabrın 15-də hadisə yerinə gəlib. O, təcili olaraq tədqiqatların ilkin nəticələrinin elan edilməsini istəyib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb