"Qələbə" dairəsinin diametri kiçildilir, yolun hərəkət zolaqlarının sayı artırılır - Fotolar

13:56 | 09.03.2015

"Qələbə" dairəsinin diametri kiçildilir, yolun hərəkət zolaqlarının sayı artırılır - Fotolar

Bakının Yasamal rayonundan yerləşən "Qələbə" kinoteatrının qarşısındakı dairənin diametri kiçildilir.

Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev "APA-Economics” məlumat verib.
 
P. Mürsəliyevin sözlərinə görə, "Qələbə" kinoteatrının qarşısındakı dairədə hərəkətin buraxma qabiliyyətini artırmaq məqsədilə dairə kiçildilir və dairənin kiçildilməsi hesabına yolun hərəkət hissəsində zolaqların sayı artırılacaq.
 
"Abdulvahab Salamzadə və Həsən bəy Zərdabi küçəsindən hərəkət edən nəqliyyat vasitələri dairəyə çatdıqda yolun daralması baş verir və sıxlıq yaranırdı. İndi sıxlığı aradan qaldırmaq məqsədilə dairənin sahəsini kiçildirik və beləliklə yol zolaqlarının sayı artmış olur”, - deyə P. Mürsəliyev bildirib.

ANN.Az
 



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb