Qəzaya düşən idmançının vəziyyəti yaxşılaşır

16:30 | 14.06.2015
Qəzaya düşən idmançının vəziyyəti yaxşılaşır

Qəzaya düşən idmançının vəziyyəti yaxşılaşır

İyunun 11-də Bakıda Atletlər Kəndində Nəqliyyat Deposunda baş vermiş qəza zamanı ağır yaralanan avstriyalı atletlərdən biri - Vanessa Sahinoviçin vəziyyəti sabitləşib.

APA-nın mәlumatına görә, Avstriya Olimpiya Komitəsinin prezidenti Karl Sross yerli "nachrichten.at" saytına açıqlamasında deyib ki,  Vanessanın həyatı üçün heç bir təhlükə yoxdur və növbəti həftənin sonunadək yaralı atletin müalicəsi xəstəxanada davam edəcək: "Daha sonra o, müalicəsini evdə davam etdirə bilər. Digər yaralı atlet Verena Breyt də vətəninə yola salınıb. Lakin onun zədəsi o qədər də ciddi deyil".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM