"Bakı 2015" Avropa Oyunları Azərbaycana nə qazandıracaq?

15:07 | 24.11.2014
"Bakı 2015" Avropa Oyunları Azərbaycana nə qazandıracaq?

"Bakı 2015" Avropa Oyunları Azərbaycana nə qazandıracaq?

2015-ci ilin may ayında Azərbaycanın paytaxtı Bakı möhtəşəm idman yarışının şahidi olacaq. Bu səbəbdən ölkədə bir çox sahələrdə yenidənqurma işləri də həyata keçirilir. Davam edəcəyi 17 gün ərzində Avropa Oyunları ənənəvi və innovativ idman növlərindən ibarət geniş diapazonlu yarışlarda 6 mindən çox yüksək dərəcəli idmançının iştirakı gözlənilir.

Avropa xalqlarını birləşdirəcək bu həyəcanlandırıcı turnirdən Azərbaycan nə qazanacaq? Yaranacaq əlverişli şansdan istifadə edərək ölkəmizin tanıdılması üçün hansı tədbirlər həyata keçiriləcək?ANN.Az Modern.az istinadən xəbəbr verir ki, bu haqda məlumat Avropa Oyunları Təşkilat Komitəsindən verilib və bildirilib ki, Azərbaycanın bu yarışlarda təmsil olunmasını mükəmməl icra etmək üçün müxtəlif üsullardan istifadə edilir:“Biz “Bakı 2015”də oyunların tanıdılmasını bütün Azərbaycan ərazisində müxtəlif üsullarla həyata keçiririk. “Bakı 2015” komandasının əməkdaşları regional məktəb turu çərçivəsində Azərbaycanın bütün bölgələrinə gedib məktəbliləri “Bakı 2015” haqqında ətraflı məlumatlandırırıq. Eyni zamanda, biz artıq 11 azərbaycanlı idmançının cəlb olunduğu “İdman elçiləri proqramı”na başlamışıq. Bu elçilər oyunları təbliğ etməklə insanları idmanla daha yaxından maraqlanmağa həvəsləndirəcəklər. Bundan əlavə, “Bakı 2015”i bütün ölkədə təbliğ etmək məqsədilə rəsmi tərəfdaş və dəstəkçilərimizlə sıx əməkdaşlıq edirik”.Məlumatda “Bakı 2015” Avropa Oyunlarının özlüyündə möhtəşəm idman bayramı olacağı vurğulanır: “Avropa Oyunları Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməyə qadir, müasir və dinamik ölkə kimi tanınmasına vasitəçilik edəcək. Oyunların xüsusi tanıtım fəaliyyətinin bir hissəsini də rəsmi tərəfdaşlar və dəstəkçilərlə müqavilələrin imzalanması təşkil edir. Onlar bizə bu tədbirin bütün Azərbaycanda, eləcə də Avropada xüsusi hazırlanan marketinq kampaniyaları vasitəsilə təbliğ edilməsinə yardım edəcəklər. Biz artıq yerli və beynəlxalq mətbuatın böyük marağına səbəb olan möhtəşəm “Gedəcəyimiz 1 il” tədbirini həyata keçirdik və ilk Avropa Oyunlarına gerisayımın davam etdiyi müddətcə əsas mərhələləri eyni qaydada qeyd edəcəyik. Oyunların açılış və bağlanış mərasimləri Azərbaycanın milli mədəniyyətinin təntənəli bayramı olacaq və iştirak edəcək idmançıları şərəfləndirməklə yanaşı, Bakının müasir Avropada sahib olduğu yeri göstərəcək”.Yarışların Azərbaycan futbolunun inkişfına təkan verəcəyi də istisna edilmir:“Bakı 2015” Avropa Oyunları bütün Azərbaycanın yararlana biləcəyi bir irs qoyacaq. Avropa Oyunlarından sonra Azərbaycan milli futbol komandasının meydanı olacaq və UEFA Avro 2020 yarışlarının 3 oyununa ev sahibliyi edəcək. 68 min azarkeş tutumlu milli stadion kimi valehedici mərkəzlər bu irsin bir parçası olacaq. Digər tərəfdən, “Bakı 2015” Oyunları Akademiyası və Məzun Təlim Proqramı işçi heyətinin azərbaycanlı üzvləri üçün çox şaxəli idman mühitində beynəlxalq təşkilatda işləmək üçün əhəmiyyətli iş təcrübəsi qazanmağa şərait yaradacaq. Nəhayət, Bakı 2015 ölkənin hər bir yerində daha çox gənci idmanla məşğul olmağa və daha sağlam həyat tərzi yaşamağa ruhlandıracaq”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb