"Barselona"nın iki futbolçusu "Arsenal" yolunda

15:42 | 12.05.2014
"Barselona"nın iki futbolçusu "Arsenal" yolunda

"Barselona"nın iki futbolçusu "Arsenal" yolunda

"Barselona"nın iki futbolçusu - Aleksis Sançez və Pedro Rodriqez yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, hər iki futbolçu ilə "Arsenal" klubunun transfer hədəfinə düşüb.

London təmsilçisi Sançezin keçidi üçün tələb olunan 20 milyon funtu ödəməyə hazırdır. Kataloniya klubu Pedro üçün yüksək məbləğ tələb etməzsə, hər iki futbolçu yeni mövsümdən "Arsenal"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Sançezlə İtaliyanın "Yuventus" klubu da yaxından maraqlanır. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb